Bəhreyndə ən böyük neft emalı zavodunda yanğın baş verib, səbəb kimi İranın növbəti hücumu göstərilir
Bəhreyndə ən böyük neft emalı zavodunda yanğın baş verib, səbəb kimi İranın növbəti hücumu göstərilir

Bəhreynin dövlət neft şirkəti Bahrain Petroleum Company-nin ən böyük neft emalı zavodunda güclü yanğın baş verib. Hadisəni əks etdirən videolar internetdə yayılır.

The Times of Israel-in məlumatına görə, baş verən hadisə ilə əlaqədar şirkət fors-major vəziyyət elan edib ki, bu da neft tədarükünün dayandırılmasına imkan verir.

Şirkətin yaydığı açıqlamada bildirilir ki, regionda davam edən münaqişə və neft emalı zavoduna edilən hücum müəssisənin iş prosesinə təsir göstərib.

Bununla yanaşı, şirkət ölkə daxilində neftə olan tələbatın qarşılanacağını bildirib.

Bəhreyn informasiya agentliklərinin məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb. Hazırda dəyən ziyanın qiymətləndirilməsi aparılır.

Yanğının səbəbi kimi Bəhreyndə İranın növbəti hücumu göstərilir.

Məlumat üçün qeyd edək ki, United StatesIsrael hərbi əməliyyat çərçivəsində **Iran**a qarşı aviazərbələrə 28 fevraldan başlayıb. Buna cavab olaraq İran Yaxın Şərq ölkələrinə raket və dron hücumları həyata keçirib. İranın hədəfləri regionda yerləşən ABŞ hərbi bazaları və mülki infrastruktur, o cümlədən enerji obyektləri olub.

İranın zərbələri və Tehranın **Strait of Hormuz**u bağlamaq barədə bəyanatları fonunda neftin qiyməti kəskin artıb. Asiya birjalarında bir barel neftin qiyməti 120 dollar olub.