“BBC”nin məlumatına əsasən, İsrail hərbçiləri Qəzza sektorunu ayıran Netsarim dəhlizini tərk ediblər
İsrail hərbçiləri Qəzza sektorunu ayıran Netsarim dəhlizini tərk ediblər. “BBC”nin yazdığı kimi, bununla İsrail “HƏMAS” ilə əldə olunan atəşkəs razılaşmasının şərtlərindən birini yerinə yetirib.
İsrailli hərbçilərin çıxmasından sonra yüzlərlə fələstinli Qəzza sektorunun şimal hissəsinə qayıtmağa davam edib.
Məlumat üçün bildirək ki, İsrail hərbçilərinin “HƏMAS” döyüşçülərinə qarşı başlatdığı quru əməliyyatı zamanı anklavın şimal hissəsində yerləşən rayonları 700 mindən çox insan tərk edib.
Bununla yanaşı, İsrail ordusunda hərbçilərin çıxarılması ilə bağlı rəsmi şərh verilməyib.
“BBC”yə əsasən, israilli hərbçilərin Netsarim dəhlizindən çıxarılması ilə bağlı məlumat yayılır ki, İsrail nümayəndə heyəti atəşkəs razılaşmasının birinci mərhələsi ilə bağlı texniki məsələləri müzakirə edəcəyi Qətərə yollanacaq.
Məlumat üçün bildirək ki, sazişin birinci mərhələsi altı həftə üçün nəzərdə tutulub. Tam atəşkəs elan olunduğu gün başlayıb, bundan sonra da Qəzzadan olan məcburi köçkünlər öz evlərinə qayıtmağa başlayıblar. Bununla eyni zamanda “HƏMAS” İsrail həbsxanalarında saxlanılan fələstinli məhbuslarla dəyişdirilən israilli girovların azad edilməsi prosesinə başlayıb.
Razılaşmaya əsasən, ikinci mərhələdə çətin danışıqlar gözlənilir, danışıqlar çərçivəsində atəşkəs daimi xarakter almalıdır. Həmçinin, fələstinlilər İsrailin Qəzza sektorundan qoşunlarını tamamilə çıxarmasını israrla tələb edirlər.