"BBC" - Yaxın Şərqdə inkişaf edən hadisələr fonunda, dünyada neft və təbii qazın qiyməti artıb, dolların məzənnəsi isə digər valyutalara nisbətən bahalaşıb
İranda ABŞ-İsrail müharibəsi fonunda dünyada neft və təbii qazın qiyməti artıb, eləcə də səhmlərin qiyməti aşağı düşüb, dolların məzənnəsi isə digər valyutalara nisbətən bahalaşıb – bu haqda “BBC” xəbər verir.
“BBC”nin məlumatına əsasən, qiymətlərin kəskin artması münaqişənin Fars körfəzindən dəniz yolu ilə neft və mayeləşdirilmiş təbii qaz ixracını dayandıracağı qorxusundan qaynaqlanıb.
Onların məlumatına əsasən, “Brent” markalı neftin qiyməti 2024-cü ilin iyul ayından sonra ilk dəfə bir barel üçün 85 dollara çatıb.
Bununla yanaşı, “BBC”nin xəbər verdiyi kimi, Avropa səhmlərinin qiymətləri aşağı düşüb: Almaniyanın “DAX” indeksi 3,76%, “FTSE 100” isə 2,57%-lə. Asiya səhmlərində də kəskin düşüş qeydə alınıb: Koreyanın “KOSPI” indeksi 7,24%-lə, Yaponiyanın “Nikkei” indeksi isə 3,06%-lə.
Amerika dollarına gəlincə, onun qiyməti bahalaşıb, çünki bu cür qarışıqlıq zamanı daha təhlükəsiz valyuta axtaran investorlar Amerika aktivlərinə keçiblər.