BBC - Rusiyanın Pskov şəhərindən olan 60-a yaxın hərbçi Ukraynaya müharibəyə getməkdən imtina etdi
BBC - Rusiyanın Pskov şəhərindən olan 60-a yaxın hərbçi Ukraynaya müharibəyə getməkdən imtina etdi

Rusiyanın Pskov şəhərindən olan 60-a yaxın rus hərbi xidmətçisi Ukraynaya müharibəyə getməkdən imtina etdi, – BBC-nin məlumatına görə, bu barədə məlumatı “Pskovskaya Quberniya” nəşri yayır.

Nəşrin məlumatına görə, onlar müharibənin ilk günlərində əvvəlcə Belarus ərazisinə göndərildilər, sonra isə, Pskovdakı dislokasiya yerinə qaytarıldılar.

“Pskovskaya Quberniya” nəşri məlumatına görə, onların əksəriyyətini xidmətdən azad etdilər, bəzisini isə, cinayət işləri ilə hədələyirlər.

Hazırda Rusiya Federasiyası Müdafiə Nazirliyinin komissiyası hadisə yerində işləyir. BBC-nin məlumatına görə, bu birinci hadisə deyil. Medianın məlumtına görə, müharibəyə getməkdən Krasnodar Dairə Mühafizəsinin üzvləri, Xakassetin “Omon” əməkdaşları və Kalininqrad Rayon Müqavilə Xidmətinin əsgərləri də imtina etdilər.

Britaniya mətbuatının məlumatına görə, “Hərbi Ombudsman” ictimai səhifəsinin müəllifi vəkil, Maksim Qrebenyuk “Mediazonaya” müsahibəsində bəyan etdi ki, təkcə Rusiyanın bir regionunda 500-dən çox əsgər müharibəyə getməkdən imtina edir.