Rusiya Latviyaya təbii qaz nəqlini dayandırdı. Məlumatı “BBC”-nin rusdilli bürosu yayır.
Buna qədər Rusiyanın “Qazprom” şirkəti Polşa, Bolqarıstan, Finlandiya, Danimarka və Hollandiyaya təbii qaz nəqlini dayandırmışdı. Bu qərar Moskvada bu ölkələrin təbii qazın pulunu rus rublu ilə ödəməkdən imtina etdikdən sonra verildi.
Eyni zamanda, “Qazprom” Almaniyadakı “Shell Energy Europ”e şirkətinə təbii qaz satışını dayandırdı.
İyulun 27-də “Qazpromda” “Şimal axını-1” kəməri ilə Avropaya qaz tədarükünü kəskin azaltdı və bunu profilaktik işlərlə izah etdi.
Avropa ölkələri Moskvanın enerji resurslarından şantaj üçün istifadə etdiyini iddia edirlər.