"BBC" - rus deputat Odessaya raket hücumunu Rusiyanın həyata keçirdiyini etiraf etdi
"BBC" - rus deputat Odessaya raket hücumunu Rusiyanın həyata keçirdiyini etiraf etdi

“BBC”-nin məlumatına görə, rus deputat, Yevgeni Popov Odessaya raket hücumunun Rusiya tərəfindən həyata keçirildiyini etiraf etdi.

“BBC”-nin yazdığına görə, hHökumətyönlü jurnalist və Dövlət Dumasının deputatı Yevgeni Popov “BBC Newshour” proqramında müsahibəsində Odessa limanına hücumun Rusiya raketləri ilə həyata keçirildiyini etiraf etdi.

Popovun qeyd etdiyi kimi, Rusiya raketlərinin hədəfi onun sözlərinə görə, limanda yerləşən raket sistemləri idi.

“Odessa limanında hərbi infrastruktura hücum etdik. Raketlərin adlarını yaxşı bilirsiniz. Bunlar “Harpun” raketləridir. Onlar Odessada yerləşdirilmişdi və biz onları məhv etdik. Hücum nəticəsində ölən və yaralanan olmayıb. Biz İstanbul razılaşmasını pozmamışıq. Biz sadəcə olaraq Ukraynanın hərbi infrastrukturunu məhv etmişik və bunu yenə edəcəyik”, – Popov bəyan etdi.

Bununla yanaşı, “BBC”-nin yazdığına görə, Türkiyənin müdafiə naziri, Hulusi Akar hadisəyə əks səda verdi. Onun sözlərinə görə, Rusiya rəsmiləri Ankaraya bəyan etdilər ki, Moskvanın Odessa limanına raket hücumu ilə heç bir əlaqəsi yoxdur.