“Brent” markalı neftin qiyməti bir barrel üçün yenidən 100 dolları keçib.
“BBC”nin məlumatına əsasən, “Brent” markalı neftin qiyməti Asiya bazarında səhər saatlarında 1 barrel üçün 4% artıb və 103.94 dollar təşkil edib.
ABŞ Prezidenti Donald Trampın İranın elektrik stansiyalarına və enerji infrastrukturuna zərbələri təxirə salmaq qərarını verdiyini söyləməsindən sonra, martın 23-də “Brent” markalı neftin qiyməti 10%-dən çox azalıb.
İran Yaxın Şərqdə münaqişənin başlamasından sonra Hörmüz boğazını bağlayıb, bu da dünyada istehlakçılar və bizneslər üçün qiymətlərin artması riskini yaradıb. Planetin neft tədarükünün təxminən beşdə biri Hörmüz boğazından keçir.