"BBC" - Kiyev vilayətində qətlə yetirilmiş 900 dinc vətəndaşı tapılıb
Kiyev vilayətində qətlə yetirilmiş 900 dinc vətəndaşı tapılıb, – “BBC”-nin məlumatına görə, qeyd olunan barəsində Kiyev bölgəsinin polis rəisi, Anrey Nebitov bəyan etdi.
“BBC”-nin yazdığına görə, Ukrayna hakimiyyəti paytaxt ətrasında getdikcə daha da çox cəsədin tapılmasını davam etdirir.
“Təəssüflə deyə bilərəm ki, biz 900 dinc vətəndaşın cəsədini tapıb məhkəmə-tibb ekspertlərinə təhvil vermişik”, – Andrey Nebitov bəyan etdi.
Nebitovun sözlərinə görə, Buçada 350-dən çox cəsəd tapılıb. Onun məlumatına görə, Borodyanka və Makarov şəhərlərinin uçuntularından azad edilməsi hələ də davam edir və böyük ehtimalla, uçuntular altında yenə də həlak olmuş insanların cəsədləri olacaq. O, ölənlərin dinc vətəndaşlar olduğunu və onların hərbi birləşmələrlə heç bir əlaqəsi olmadığını xüsisilə qeyd etdi. Bununla yanaşı, “BBC” yazır ki, bu məlumatı müstəqil şəkildə təsdiq edə bilməz.