“BBC” – Kiyev Aleksandr Duqinin qızının ölümündə iştirakını inkar edir
Ukrayna prezidenti administrasiyası rəhbərinin müşaviri, Mixail Podolyak ötən gecə Moskva rayonunda baş verən və Aleksandr Duqinin qızının öldürüldüyü partlayışa şərh verdi.
“Xüusislə qeyd edirəm, sözsüz ki, Ukrayna bununla əlaqədə deyil, çünki biz kriminal dövlət deyilik, Rusiya Federasiyası olduğu kimi və özü də terror ölkəsi”, – Mixail Podolyak bəyan etdi.
Ukrayna prezidentinin administrasiyası rəhbərinin müşavirinin şərhini “BBC” yayır.
Podolyakın dəyərləndirməsinə görə, bu qətl Rusiya daxilində müxtəlif qruplar arasında hakimiyyət və təsir uğrunda mübarizədən xəbər verir.
Ukrayna prezidenti administrasiyası rəhbərinin müşavirinin bəyan etdiyinə görə, Rusiya hakimiyyəti bu hadisədən öz cəmiyyətlərinə ideoloji və informasiya təzyiqini və Ukraynaya nifrətini artırmaq üçün istifadə edəcək.
Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqi, Aleksandr Duqinin qızını dünən Moskva yaxınlığında avtomobilində partlatdılar. “BBC” yazır ki, partlayışın hədəfi, son anda başqa avtomobillə gütməyi qərar verən Aleksandr Duqin idi.