“BBC” – Kaliforniya yetkinlik yaşına çatmayanların nikahını qadağan edib, bu təcrübə ABŞ-nin 32 ştatında hələ də qanunidir

12:55, 01.10.2026

 

“BBC”nin məlumatına əsasən, Kaliforniyada uşaq nikahları rəsmi olaraq qadağan edilib.

Ştatın qubernatoru Qevin Nyusom bu təcrübəni qadağan edən qanunu imzalayıb.

Uşaq nikahı ABŞ-nin 32 ştatında bu vaxta qədər qanuni olaraq qalmaqdadır.

Kaliforniyada qəbul edilmiş yeni qanun 2027-ci ilin yanvarın 1-də qüvvəyə minəcək və ştatda nikah üçün minimum icazə verilən yaşı 18 olaraq müəyyən edəcək.

Qevin Nyusom qanunu Kortni Stoden ilə birlikdə imzalayıb. Stodenin valideynləri ona 16 yaşında 50 yaşlı Hollivud aktyoru ilə evlənməyə icazə vermişdilər. Kortni Stoden illər boyunca uşaq nikahlarının qadağan edilməsi kampaniyasında iştirak edirdi. Nyusom yeni qanunun “çoxdan qəbul edilməli olduğunu” və bunun gənc kaliforniyalıların və yetkinlik yaşına çatmayanların müdafiəsinə xidmət etdiyini bildirib.

“BBC”nin məlumatında, təxminən on il əvvəl uşaq nikahına ABŞ-nin bütün ştatlarında icazə verildiyi deyilir. Kaliforniya 2018-ci ildən bəri uşaq nikahını qadağan edən 18-ci ştat oldu. Buna qədər Kaliforniyada nikah üçün qanunla müəyyən edilmiş minimum yaş həddi yox idi. Yetkinlik yaşına çatmayanlar valideynlərinin razılığı və hakimin icazəsi halında evlənə bilərdilər. Bununla yanaşı, 18 yaşınadək şəxslər üçün boşanmanın hüquqi mexanizmi mövcud deyildi. Hüquq müdafiəçiləri və uşaq yaşlarında evləndirilmiş qadınlar, məhz bu səbəbdən zorakı və istismar xarakterli münasibətlərdən yaxalarını qurtara bilmədiklərini bəyan edirdilər.

Oxşar