"BBC" - İsrailin hücumları nəticəsində Livanda 17 nəfər həlak olub
"BBC" - İsrailin hücumları nəticəsində Livanda 17 nəfər həlak olub

 

İsrailin hücumları nəticəsində Livanda 17 nəfər həlak olub. Bu haqda məlumatı “BBC” Livanın Səhiyyə Nazirliyinə istinadən yayır.

Onların məlumatına əsasən, ötən həftənin cümə axşamından bəri həlak olanların sayı 110-a yüksəlib.

Bununla yanaşı, İsrailin Müdafiə Qüvvələri (IDF) cənubi Livanın iki şəhərində yaşayan əhalini dərhal təxliyəyə çağırır. Onlar bildirirlər ki, “Hizbullah” qruplaşması atəşkəs razılaşmasını pozduğuna görə, İsrail ona qarşı güc tətbiq etməyə məcburdur.

Bununla yanaşı, İsrailin Müdafiə Qüvvələri “Hizbullah”ı cənubi Livanda onun qüvvələrinə hücum etməkdə günahlandırıb. Qruplaşma bununla əlaqədar hələlik şərh verməyib.

Məlumat üçün bildirək ki, İsrail hakimiyyəti İsrail vətəndaşlarını qorumaq üçün İsrail və Livan arasındakı sərhəddə bufer zonası yaratmaq məqsədilə Livanın cənub hissəsinə nəzarət etmək istədiyini bəyan edir.