“BBC” – İsrail Qəzzaya hücum edib, 29 nəfər həlak olub

10:37, 10.04.2025

 

İsrail Qəzzaya hücum edib. Bu haqda “BBC” yazır.

Medianın məlumatına əsasən, hündürmərtəbəli yaşayış binasına edilən hücum nəticəsində aralarında uşaqların da olduğu 29 nəfər həlak olub. Dağıntılar altında isə onlarla insanı axtarırdılar.

“HƏMAS” tərəfindən nəzarət edilən Səhiyyə Nazirliyində zərbələrin Al-Havaş məscidi yaxınlığına, Şecaia rayonuna endirildiyini bildirirlər. İsraildə isə hücumun İsrail ərazisinə hücumların planlaşdırılması və həyata keçirilməsinə cavabdeh olan “HƏMAS” terrorçusuna qarşı edildiyini bəyan edirlər.

İsrailli hərbçilərin verdiyi məlumata əsasən, mülki əhaliyə dəyən zərəri azaltmaq üçün mühüm addımlar atılıb. İsrail bir daha “HƏMAS”ı vətəndaşlardan qalxan kimi istifadə etməkdə günahlandırıb.

Oxşar