“BBC” – İsrail martın 23-də Qəzzada təcili tibbi yardım xidmətinin 15 əməkdaşının ölümünün hərbçilərin səhvi olduğunu etiraf edir
İsrail martın 23-də Qəzzada təcili tibbi yardım xidmətinin 15 əməkdaşının ölümünün hərbçilərin səhvi olduğunu etiraf etdi – bu haqda “BBC” yazır.
İsrailli hərbçilər Fələstinin “Qırmızı Aypara Cəmiyyəti”nə aid təcili tibbi yardım avtomobillərinin karvanına, BMT-nin avtomobilinə və yanğınsöndürən maşına Rafah yaxınlığında atəş açıblar. O zaman İsrail iddia edirdi ki, karvan onlara şübhəli şəkildə yaxınlaşıb, çünki işıqları yanmırdı.
Həmçinin, İsraildə avtomobillərin hərəkəti ilə bağlı xəbərdar edilmədiklərini qeyd ediblər. Lakin, sonradan tibb işçilərindən birinin çəkdiyi video yayıldı və videoda avtomobillərin işıqlarının yanılı olduğu görünür.
Medianın yazdığı kimi, İsrail avtomobil karvanının işıqlarının sönülü halda yaxınlaşdığına dair əvvəlki hesabatın qeyri-dəqiq olduğunu və əsgərlərin danışdıqlarına əsaslandığını etiraf edib. İsrail Müdafiə Qüvvələrində isə ən azı altı tibb işçisinin “HƏMAS” ilə əlaqəli olduğunu iddia edirdilər, lakin bununla bağlı heç bir sübut təqdim etmədilər. Daha sonra həmçinin etiraf ediblər ki, israilli əsgərlər atəş açarkən tibb işçiləri silahsız olub.