"BBC" - Hind okeanında İran hərbi gəmisinə zərbə nəticəsində ən azı 80 nəfər həlak olub
"BBC" - Hind okeanında İran hərbi gəmisinə zərbə nəticəsində ən azı 80 nəfər həlak olub

 

Hind okeanında İran hərbi gəmisinə zərbə nəticəsində ən azı 80 nəfər həlak olub. Bu haqda məlumatı “BBC” Şri-Lankanın xarici işlər nazirinin müavininə istinadən yayır.

Bundan əvvəl Şri-Lanka Dəniz Qüvvələrinin nümayəndəsi bildirib ki, İran freqatı “Irıs-Dena”dan həyəcan siqnalı aldıqdan sonra 32 nəfəri xilas ediblər.

Bununla yanaşı, Hərbi Dəniz Qüvvələrinin məlumatına əsasən, gəminin sənədlərinə görə, orada təxminən 180 nəfər olub. Medianın məlumatına əsasən, əgər qeyd olunan məlumatlar doğrudursa, o zaman bu vaxta qədər təxminən 68 nəfər itkin düşmüş hesab olunur.

Məlumat üçün bildirək ki, Şri-Lankanın Müdafiə Nazirliyində İran gəmisinə hansı ölkənin sualtı qayığının hücum etdiyini dəqiqləşdirməyiblər. ABŞ-nin müharibə katibi Pit Heqset isə Şri-Lanka sahilləri yaxınlığında İran gəmisinin ABŞ sualtı qayığı tərəfindən vurulduğunu bildirir. Heqsetin qeyd etdiyi kimi, Hind okeanında üzən İran freqatına hücum torpedo ilə həyata keçirilib, bu da İkinci Dünya Müharibəsindən bəri sualtı qayığın torpedodan istifadəsinin ilk halı olub.