"BBC" - Haaqa məhkəməsi tərəfindən axtarışa verilən filippinli senatorun sığındığı Filippin Senatında atışma səsi eşidilib, bina blokadaya alınıb
"BBC" - Haaqa məhkəməsi tərəfindən axtarışa verilən filippinli senatorun sığındığı Filippin Senatında atışma səsi eşidilib, bina blokadaya alınıb

 

Filippin Senatında atışma səsi eşidilib. Bina blokadaya alınıb.

“BBC”nin məlumatına əsasən, hərbi qulluqçular binaya daxil olublar.

Məlum olduğu kimi, Haaqa məhkəməsi tərəfindən axtarışa verilən filippinli senator Ronald dela Roza binaya sığınıb.

Rəsmi qurumlar hələlik atəşi kimin açdığını dəqiqləşdirməyiblər. Onların bəyanatına əsasən, tələfat yoxdur.

Bundan əvvəl senator Ronald dela Roza həbs olunacağını bildirib və filippinliləri buna yol verməməyə çağırıb.

Rəsmi məlumata əsasən, senator hazırda təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır.

Beynəlxalq Cinayət Məhkəməsi Dela Rozanı onlarla insanın qətlində iştirak etməkdə ittiham edir. Məsələ Ronald dela Rozanın polis rəisi olduğu və Filippinin sabiq prezidenti Rodriqo Dutertenin “narkotikə qarşı müharibə” elan etdiyi dövrə aiddir.

Dutertenin özü 2025-ci ilin mart ayından saxlanılıb və Haaqadadır.

Bundan əvvəl Senatın binasının qarşısına toplaşan nümayişçilər senatorun həbs olunmasını və Duterte ilə birlikdə mühakimə olunması üçün məhkəməyə təhvil verilməsini tələb ediblər.

Dela Rozanın vəkilləri ölkənin Ali Məhkəməsində onun ekstradisiyasının dayandırılmasını xahiş edirlər.