"BBC" - "HƏMAS"ın nümayəndəsi qruplaşmanın ABŞ-nin Qəzzada atəşkəs və girovların azad edilməsi haqda təklifindən imtina etdiyini bildirir
“HƏMAS”ın nümayəndəsi “BBC”yə qruplaşmanın ABŞ-nin Qəzzada atəşkəs və girovların azad edilməsi haqda təklifindən imtina etdiyini deyib.
“HƏMAS”ın nümayəndəsinin bəyanatına əsasən, təklif müharibənin dayandırılması da daxil olmaqla, onların əsas tələblərinə cavab vermir. “HƏMAS”da müvafiq vaxtda təklifə rəsmi cavab verəcəklərini deyirlər.
Daha əvvəl Ağ Evdə bəyan etmişdilər ki, İsrail ABŞ-nin nümayəndəsi Stiv Uitkofun planı ilə razılaşıb və rəsmi cavab gözləyirlər.
Məlumat üçün bildirək ki, Stiv Uitkofun yeni planı iki mərhələni nəzərdə tutur: birinci mərhələdə “HƏMAS” 10 canlı girovu azad etməlidir və dünyasını dəyişmiş 18 nəfərin cəsədini qaytarmalıdır, ikinci mərhələdə isə İsrail fələstinli əsirləri azad edəcək və 60 günlük atəşkəs başlayacaq.