"BBC" - Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Bəhreynə dronların zərərsizləşdirilməsində kömək edirlər
"BBC" - Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Bəhreynə dronların zərərsizləşdirilməsində kömək edirlər

 

Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin “Typhoon” qırıcı təyyarələri Fars körfəzini qorumaq üçün Bəhreyn üzərində uçuşlar həyata keçirirlər.

Bu haqda məlumatı “BBC” yayır.

Medianın məlumatına əsasən, Qətərə göndərilən dörd təyyarədən ikisi ölkəyə daxil olan dronları ələ keçirməyə kömək etmək üçün xüsusi olaraq Bəhreyn üçün ayrılıb.

Bəhreynin rəsmi şəxslərinin məlumatına əsasən, ölkə münaqişə başlayandan bəri ərazisinə daxil olan 190 dron və 114 raketi zərərsizləşdirib. Rəsmi şəxslərin bəyanatına əsasən, ölkə dronlara qarşı mübarizə aparmaq üçün mütləq qısa mənzilli hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyur.

Məlumat üçün bildirək ki, Bəhreynin hava limanının yanacaq saxlama çənləri iki gün əvvəl İran dronunun hədəfinə çevrilib.