"BBC" - Böyük Britaniyada dörd nazir istefa verib, Kir Starmeri istefaya çağıran Leyborist Partiyasının deputatlarının sayı isə 80-ə yüksəlib
Kir Starmeri istefaya çağıran Leyborist Partiyasının deputatlarının sayı 80-ə yüksəlib, dörd nazir isə istefa verib – bu haqda “BBC” yazır.
Deputatlar Starmeri ya dərhal istefa verməyə, ya da vəzifədən getmək üçün konkret tarix təyin etməyə çağırırlar.
Nazirlər vəzifədən gedərkən ölkənin dəyişikliyə can atdığını, lakin ictimaiyyətin Starmerin bunu edə biləcəyinə inanmadığını bildiriblər. Onlar Britaniyanın Baş nazirini ölkənin maraqlarına uyğun hərəkət etməyə çağırıblar.
Bununla yanaşı, 110 deputat baş nazirə dəstək ifadə edən və “Liderlik yarışının vaxtı deyil” deyən bəyanat imzalayıb.
Məlumat üçün bildirək ki, Böyük Britaniyada yerli seçkilərdə əldə edilən nəticələr Kir Starmerin mövqeyini əhəmiyyətli dərəcədə zəiflədib. Son günlərdə Leyborist millət vəkilləri baş naziri istefa tarixi təyin etməyə açıq şəkildə çağırırlar.