“BBC” – ATƏT-in iclasına Rusiya nümayəndələrini buraxmayacaqlar
ATƏT-in iclasına Rusiya nümayəndələrini buraxmayacaqlar. “BBC”-nin yazdığına görə, bu barədə Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi, Lukaş Yasin bəyan etdi.
Polşa ATƏT-in hazırkı sədridir. ATƏT-in iclası dekabrın 1-2-də Polşanın Lodz şəhərində keçiriləcək və Rusiya nümayəndə heyətinin, o cümlədən Xarici İşlər naziri, Sergey Lavrovun daxil olmasına icazə verilməyəcək.