"BBC" - Atəşkəsin qüvvəyə minməsindən sonra İsrail Qəzza sektorunda binaları intensiv şəkildə dağıdır
Atəşkəsin qüvvəyə minməsindən sonra İsrail Qəzza sektorunda 1500-dən çox binanı dağıdıb. Bu haqda məlumatı “BBC” yayır.
Medianın məlumatına əsasən, noyabrın 8-də peyklə çəkilmiş şəkillər göstərir ki, İsrailin Müdafiə Qüvvələri (İDF) tərəfindən nəzarət edilən bütün məhəllələr bir aydan az müddətdə yerlə-yeksan edilib.
Bununla yanaşı, nəşr dağıdılmış binaların faktiki sayının xeyli çox ola biləcəyini istisna etmir, çünkri bəzi ərazilərdə peyk şəkilləri əlçatan deyil.
“BBC”nin məlumatına əsasən, peyk şəkillərinin vizual təhlili göstərib ki, İsrail hərbçiləri tərəfindən Qəzzada binaların dağıdılması intensiv şəkildə davam edir.
Məlumat üçün bildirək ki, Qəzzada atəşkəs haqda razılaşma İsrail və “HƏMAS” Trampın 20 bəndlik sülh planının birinci mərhələsi ilə razılaşdıqdan sonra oktyabrın 10-da qüvvəyə minib. Plan atəşkəsi, girovların mübadiləsini və İsrail tərəfindən Qəzza sektoruna humanitar yükləri buraxmağı əhatə edir.
