“BBC” – ABŞ İsraili Qəzzaya humanitar yardımın məhdudlaşdırılmasına görə hərbi yardımı kəsməklə təhdid edir
ABŞ İsraili Qəzzaya humanitar yardımın məhdudlaşdırılmasına görə hərbi yardımı kəsməklə təhdid edir – məlumatı “BBC” yayır.
Amerika Birləşmiş Ştatları İsrail hökumətinə 30 gün ərzində Qəzzaya humanitar yardımı təcili olaraq artırmağa çağırdığı, əks halda Amerikanın hərbi yardımının bir hissəsini kəsməklə təhdid etdiyi məktub göndərib.
İki gün əvvəl göndərilən məktubu ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin imzalayırlar.
Məktubda deyilir ki, ABŞ “humanitar vəziyyətin pisləşməsinə görə dərin narahatlıq içindədir”. Həmçinin, məktubda qeyd edilib ki, ötən ay İsrail Qəzzanın şimalı və cənubu arasında humanitar yardım hərəkətlərinin demək olar ki, 90%-ni rədd edib və ya ona əngəl olub.
Məktubda qeyd olunduğu kimi, təxliyyə əmrləri 1,7 milyon insanı dar sahil zolağında köçkün vəziyyətinə salıb, onlar burada “ölümcül infeksiyanın yüksək riski” altındadırlar. Məktubda ABŞ “bu trayektoriyanı dəyişmək üçün İsrail hökuməti tərəfindən təcili və davamlı addım” tələb edir.
“BBC”nin yazdığı kimi, məktubu jurnalist Barak Ravid yayıb.