“BBC” – Əfqanıstanda qalan Amerika silahları hərbi qruplara satılıb

20:15, 18.04.2025

 

Əfqanıstanda qalan Amerika silahları hərbi qruplara satılıb – bu barədə məlumatı “BBC” yayır.

Yayılmış məlumata əsasən, “Taliban” tərəfindən Əfqanıstanda ələ keçirilən yarım milyon silah itib, satılıb və ya hərbi qruplara, o cümlədən “Al-Qaeda” ilə əlaqəli qruplara qaçaqmalçılıq yolu ilə ötürülüb.

Mənbələr “BBC”yə deyiblər ki, ötən ilin sonunda Dohada BMT Təhlükəsizlik Şurasının sanksiyalar komitəsinin qapalı görüşündə “Taliban” etiraf edib ki, bu avadanlıqların ən azı yarısı qeydiyyata alınmayıbmış. “Taliban” hökumətinin mətbuat katibinin müavini Həmdullah Fitrət “BBC”yə bildirib ki, silahların qorunması və saxlanmasına “Taliban” çox ciddi yanaşır.

“Bütün yüngül və ağır silahlar təhlükəsiz şəkildə saxlanılır. Biz qaçaqmalçılıq və ya itki ilə bağlı məlumatı qəti şəkildə təkzib edirik” – “Taliban”ın nümayəndəsi qeyd edib.

“Taliban” 2021-ci ildə ABŞ və koalisiya qoşunlarının ölkəni tərk etməsindən sonra Əfqanıstanda nəzarəti bərpa edib.

Oxşar