Bazeldə qəbul - Gürcüstan "Avroviziya Uşaq Mahnı Müsabiqəsi"nə ev sahibliyi edəcək
Gürcüstanın səfirliyinin təşkilatçılığı ilə İsveçrədə Bazel şəhərində xüsusi qəbul keçirilib və qəbulda Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili Gürcüstanın bu il “Avroviziya Uşaq Mahnı Müsabiqəsi”nə ev sahibliyi edəcəyini rəsmi olaraq təsdiqləyib.
Tbilisidə şounun finalı dekabrın 13-də keçiriləcək. Andria Putkaradze noyabrda Madriddə ölkəmizə qələbə gətirən “To my mom” mahnısını təntənəli qəbula toplaşan qonaqlar üçün ifa edib.