Bavariyanın Troixtlinqen şəhərində relslərin üzərində şübhəli əşyanın aşkarlanması səbəbindən qatarların hərəkəti dayandırılıb
Bavariyanın Troixtlinqen şəhərində relslərin üzərində şübhəli əşyanın aşkarlanması səbəbindən qatarların hərəkəti dayandırılıb.
Yerli medianın yazdığına görə, Troixtlinqen şəhərində polis ehtimal olunan partlayıcı qurğu ilə bağlı araşdırma aparır.
Polisin nümayəndəsinin sözlərinə görə, şübhəli əşya dəmir yolu vağzalının girişində, relslərin üzərində aşkarlanıb.
Hazırda Federal Polisin xüsusi qrupu əşyanı araşdırır və onun real təhlükə yaradıb-yaratmadığını müəyyənləşdirməyə çalışır.
Nürnberq və İnqolştadt şəhərləri arasında yerləşən Troixtlinqendə təxminən 13 min insan yaşayır.