Bavariyada Adolf Hitlerin keçmiş alp iqamətgahında yanğın törədilməsinə görə polis bir nəfəri saxlayıb
Bavariya əyalətində Adolf Hitlerin keçmiş alp iqamətgahı “Qartal yuvası”nda törədilən yanğınla əlaqədar polis bir şübhəli şəxsi saxlayıb. Məlumatı “BBC” yayır.
Yanğın cümə günü, oktyabrın 23-də baş verib və onun söndürülməsi işləri hazırda da davam edir. Polisin verdiyi məlumata əsasən, çətin relyef yanğınsöndürənlərin işləməsinə maneə olur. Əraziyə Fövqəladə Hallar Xidmətinin təxminən 200 əməkdaşı cəlb olunub. Xəsarət alanlar barədə məlumat yayılmayıb.
Adolf Hitler Berxtesqaden şəhərinin yaxınlığında yerləşən Kelştaynhausdan hökumətin müvəqqəti iqamətgahlarından biri kimi istifadə edib. “BBC”nin məlumatına əsasən, 1941-ci ildə Hitler SSRİ-yə hücum planını hazırlamaq üçün hərbi komandirlərlə məhz orada görüşmüşdü. Medianın məlumatında, Hitlerin bu ərazidən təbliğat filmlərinin çəkilişi üçün də istifadə etdiyi deyilir.