Batumiyə karantin zonasından daxil edilən beş nəfərin analizinin cavabı axşam məlum olacaq
Batumi İnfeksiya Xəstəxanasına daxil edilən beş nəfərin koronavirus üzrə analiz cavabı axşam məlum olacaq. Onları İnfeksiya Xəstəxanasına şübhəli simptomlarla karantin məkanından daxil etdilər.
“Medalfada” səkkiz virusa yoluxmuş insan qalır. Onlardan birinin durumu ağırdır. Daha bir pasientin durumu orta ağırdır. Onun ikitərəfli pnevmoniyası var. Altı pasient isə, özünü yaxşı hiss edir.