Batuminin Şəhər Məhkəməsində “Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobelinin məhkəmə prosesi keçirilir. Bu gün hakim ilk dəfə Mzia Amağlobelinin ifadəsini alacaq.
Bir sıra Avropa ölkələrinin diplomatik korpusunun nümayəndələri məhkəməyə gediblər.
Prosesə qatılmaq istəyənlərin demək olar ki, yarısı yer olmadığından zala daxil ola bilməyib.
“Mzia Amağlobeli indiyə qədər məhkəmədə dindirilməyib, bu gün 11-12 yanvar hadisələri ilə bağlı bütün suallara cavab verəcək. Çox mühüm gündür” – vəkil Kaxaber Tsereteli deyib.
Hakim deputat Nino Tsilosaninin dindirilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib. Müdafiə tərəfi baş nazirin dindirilməsi ilə bağlı daha bir vəsatət qaldırıb. Vəkillər bildirirlər ki, İrakli Kobaxidze Amağlobeli ilə bağlı təqsirsizlik prezumpsiyasını dəfələrlə pozub.