Batuminin Şəhər Məhkəməsində "Batumelebi"nin təsisçisi Mzia Amağlobelinin məhkəmə prosesi keçirilir
Batuminin Şəhər Məhkəməsində "Batumelebi"nin təsisçisi Mzia Amağlobelinin məhkəmə prosesi keçirilir

 
Batuminin Şəhər Məhkəməsində “Batumelebi”nin təsisçisi Mzia Amağlobelinin məhkəmə prosesi keçirilir. Məhkəmə Amağlobeli barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxmalıdır.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edir. Vəkil Paata Diasamidze isə qətimkan tədbiri kimi girovun seçilməsi barədə vəsatət qaldırıb. O, məhkəməyə müraciət edərək müvəkkili barəsində qətimkan tədbiri kimi 100 000 lari girovdan istifadə edilməsini istəyib.

Prokurorluq Mzia Amağlobeli barəsində Cinayət Məcəlləsinin 353-cü prima maddəsi ilə ittihamı dünən irəli sürüb, bu da polisə hücumu nəzərdə tutur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları “Batumelebi”nin təsisçisi və direktoru Mzia Amağlobelini yanvarın 12-də Cinayət Məcəlləsinin 353-cü prima maddəsi ilə saxlayıblar, bu da polisə hücumu nəzərdə tutur.