Batuminin Şəhər Məhkəməsi Mzia Amağlobeli barəsində həbs qətimkan tədbiri seçib
Batuminin Şəhər Məhkəməsi Mzia Amağlobeli barəsində həbs qətimkan tədbiri seçib

 
Batuminin Şəhər Məhkəməsi “Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobeli barəsində həbs qətimkan tədbiri seçib.

Prokurorluq Amağlobeli barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edirdi, məhkəmə bu tələbi təmin etdi. Vəkil Paata Diasamidze isə qətimkan tədbiri kimi girovun seçilməsi barədə vəsatət qaldırmışdı. O, məhkəməyə müraciət edərək müvəkkili barəsində qətimkan tədbiri kimi 100 000 lari girovdan istifadə edilməsini istədi.

Prokurorluq Mzia Amağlobeli barəsində Cinayət Məcəlləsinin 353-cü prima maddəsi ilə ittihamı dünən irəli sürüb, bu da polisə hücumu nəzərdə tutur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları “Batumelebi”nin təsisçisi və direktoru Mzia Amağlobelini yanvarın 12-də Cinayət Məcəlləsinin 353-cü prima maddəsi ilə saxlayıblar, bu da polisə hücumu nəzərdə tutur.