Batuminin Şəhər Məhkəməsi inzibati iş üzrə Mzia Amğlobelini qanun pozan şəxs kimi tanıdı və ona 2 000 lari məbləğində cərimə tətbiq etdi
Batuminin Şəhər Məhkəməsi inzibati iş üzrə “Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amğlobelini qanun pozan şəxs kimi tanıdı və ona 2 000 lari məbləğində cərimə tətbiq etdi.
Bu qərarı hakim Salix Şainidze qəbul edib.
“Mzia Amağlobeli Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsinin 1-ci hissəsinə əsasən qanun pozan şəxs kimi tanınsın, inzibati cərimənin növü və məbləği olaraq 2000 lari məbləğində cərimə müəyyən edilsin” – hakim bildirib.
Bu qərarın elan olunmasından sonra məhkəmə zalında səs-küy və hakimin ünvanına çağırışlar eşidilib.
Eyni zamanda, Batuminin Şəhər Məhkəməsi qarşısında Mzia Amğlobeli ilə həmrəylik aksiyası keçirilir.
Mzia Amağlobeli yanvarın 11-də gecə saatlarında Acara Polis İdarəsinin binası yaxınlığında ilkin olaraq inzibati qaydada bir saatlığına saxlanılıb, sərbəst buraxıldıqdan sonra isə Batuminin polis rəisi İrakli Dqebuadzeyə sillə vurduğu üçün ikinci dəfə, cinayət işi üzrə saxlanılıb. Mzia Amağlobeli özünü təqsirli bilmir. O, etiraz əlaməti olaraq 38 gün aclıq aksiyası keçirib.