Batuminin Şəhər Məhkəməsi İncəsənət Universitetinin dekanını və üç tələbəni girov qarşılığında azadlığa buraxıb, bir tələbəni isə həbsdə qoyub
Batuminin Şəhər Məhkəməsi İncəsənət Universitetinin üç tələbəsinin və dekanının həbsini 5000 larilik girovla əvəzləyib, bir tələbəni isə yenə də həbsdə qoyub. Qərarı Batuminin Şəhər Məhkəməsinin hakimi Levan Ğolbaia əvvəlki məhkəmə iclasında qəbul edib.
Bugünkü prosesdə prokuror qətimkan tədbirinin dəyişdirilməsini tələb edib.
Həbsdə qalan bir tələbə, Anri Kakabadze barəsində qətimkan tədbiri dəyişdirilməyib, çünki o, eyni kateqoriyalı cinayətə görə girov qarşılığında əvvəllər azadlığa buraxılmışdı. Hakim məhz bu arqumentlə onu həbsdə qoyub.
Məlumat üçün bildirək ki, iş Batuminin İncəsənət Universitetində baş vermiş hadisə ilə bağlıdır, hadisə nəticəsində dörd tələbəni və fakültənin dekanı Mamuka Corbenadzeni qrup halında zorakılıq ittihamı ilə saxlayıblar.
İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər dekabrın 3-də universitetə gedən İrakli Devadze və onu müşaiyət edən İrakli Nakaşidzeyə qarşı zorakılıq törədiblər. Tələbələr və müəllimlərin bir hissəsi hesab edirdi ki, saxlanılan tələbələri aksiyalardakı fəallıqlarına görə cəzalandırıblar.