Batuminin Qoqol küçəsində mitinq keçirilir

21:41, 18.03.2022

Batuminin Qoqol küçəsində mitinq keçirilir. Etirazçıların sözlərinə görə, onlar həm sosial cəhətdən müdafiəsiz, həm də evsizdirlər və hökumətdən mənzil tələb edirlər.

Eyni zamanda aksiya iştirakçılarının sözlərinə görə, onların Qoqol küçəsində türkiyəli iş adamı Qalip Öztürkə məxsus qanunsuz tikilmiş binaların sökülməsinin planlaşdırıldığı barədə məlumat var. Etirazçılar adları çəkilən binaların sökülməməsini və evsizlərin orada yerləşdirilməsini tələb edirlər.

“Deyirlər ki, qanunsuz tikilib, sökülməsi planlaşdırılır.  illərdir kirayədə yaşayan evsizlər bizi içəri buraxsınlar. Biz gəldik ki, hökumət ya bizə yaşamağa yer versin, ya da bizi bura buraxsın”, – deyə etirazçılardan biri bildirib.

Ərazi polis kordonu ilə qorunur. Etirazçılar binalara basqın etməyəcəklərini deyirlər.

Batuminin Qoqol küçəsindəki bir neçə yaşayış binası türk iş adamı Qalip Öztürkün “Metro City” şirkətinə məxsusdur. Batumi meriyasının məlumatına görə, tikinti qeyri-qanuni aparılıb, buna görə şirkət 39 dəfə cərimələnib, lakin proses dayandırılmayıb.

Oxşar