Batuminin dolama yolu ilə Anqisa küçəsinin birləşdirilməsi işləri ilə əlaqədar olaraq, sözügedən hissədə hərəkət bir neçə gün məhdudlaşdırılacaq
Batuminin dolama yolu ilə Anqisa küçəsinin birləşdirilməsi işləri ilə əlaqədar olaraq, sözügedən hissədə hərəkət bir neçə gün məhdudlaşdırılacaq

 
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, Batuminin dolama yolu ilə Anqisa küçəsinin birləşdirilməsi işləri ilə əlaqədar olaraq, sözügedən hissədə hərəkət bir neçə gün məhdudlaşdırılacaq.

“Batuminin dolama avtomobil yolunun tikintisi çərçivəsində, daxili dövlət əhəmiyyətli Batumi (Anqisa)-Axaltsixe avtomobil yolunun dördüncü km-də planlaşdırılan Batuminin dolama yolunun Batumi-Axaltsixe avtomobil yolu ilə birləşdirilməsi işləri ilə əlaqədar olaraq, 2024-cü ilin oktyabrın 1-dən 5 gün ərzində sözügedən yolun 1 km – 8 km (Anqisa küçəsi – “Maxo körpüsü” adlanan yer) hissəsində yerli sakinlərin yüngül avtomobilləri istisna olmaqla, bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Qeyd olunan müddət ərzində avtonəqliyyat vasitələri Coroxi küçəsindən keçən yerli əhəmiyyətli avtomobil yolundan istifadə etməklə hərəkət edəcəklər” – məlumatda qeyd olunub.