Batuminin ″Medalpha ″ klinikasını bu gün sağalmış iki nəfər tərk edib, sabaha isə 4 pasiyentin sağalmasını gözləyirlər
Batumidə ″Medalpha ″ klinikasında bu gün daha iki nəfər sağalıb.Klinikanın direktoru, İnqa Xozrevanidzenin sözlərinə görə, onların hər ikisi tibb müəssisəsini artıq tərk edib.
Klinikada pasiyentlərin sayı 11-dək azalıb,lakin daha 4 nəfərin sağalmasını gözləyirlər.
İlkin testlərlə onların koronavirusa yoluxması təsdiqlənməyib. Təkrar,nəzarət testlərinin cavabları sabah,günün ikinci yarısında məlum olacaq.
Geridə qalan pasiyentlərdən biri reanimasiya şöbəsindədir.Onun vəziyyəti stabil ağırdır.Digər pasiyentlərin vəziyyəti isə stabildir. Klinikada bu gün 81 yaşlı kişi koronavirus səbəbi ilə dünyasını dəyişib.
Hazırladı-Sevinc Mustafayeva