Batumidə Yeni il yolkası təntənəli şəkildə işıqlandırıldı
Batumidə Yeni il yolkası təntənəli şəkildə işıqlandırıldı

Batumidə, Avropa Meydanında şəhərin əsas Yeni il yolkası təntənəli şəkildə işıqlandırıldı.

Tədbirdə Acarıstan hökumətinin sədri Sulxan Tamazaşvili ailəsi ilə birlikdə iştirak edib.

Şəhərin əsas yolkasını Batuminin meri Giorgi Tsintsadze uşaqlarla birlikdə yandırıb.

Elə bu gün Avropa Meydanında bayram bəzəkləri və instalyasiyalarla tərtib olunmuş “Yeni il kəndi” açılıb. Burada sahibkarlıq və qastronomiya məkanları təqdim olunur. Müxtəlif uşaq əyləncə fəaliyyətləri, şou-performanslar və yerli və dəvət olunmuş ifaçıların iştirakı ilə konsertlər planlaşdırılıb.

Yeni ili Batumi təntənəli qala-konsertlə qarşılayacaq, bayram tədbirləri isə 7 yanvarda Milad konserti ilə başa çatacaq.

Yeni il tədbirləri Acarıstanın digər bələdiyyələrində də keçirilir. Bu gün əsas yolka Xulo və Şuaxevidə təntənəli şəkildə işıqlandırılıb. Keda, Helvaçauri və Kobuletidə isə yolkanın yandırılması mərasimi 22 dekabrda baş tutacaq.

Məlumatı Acarıstan Muxtar Respublikasının hökumətinin mətbuat xidməti yayıb.