Batumidə müxalifət nümayəndələrinin aksiyası keçirilir
Batumidə müxalifət nümayəndələrinin aksiyası keçirilir

Batumidə müxalifət nümayəndələrinin aksiyası yenidən başladı. Aksiya iştirakçıları müxtəlif lokasiyalardan hökumət sarayına qədər etiraz yürüşü ilə getdilər. Toplaşanların tələbi dəyişməzdir. Müxalifət Parlament və Acara Ali Şurası seçkilərinin yenidən keçirilməsini və MSK administrasiyasının istefasını tələb edir.

“Bütün müxalif partiya bu gün bərabər durur. Bu deməkdir ki, azadlığın oğurlanması ilə heçkim barışmayacaq. Keçid mübarizəsi sonuna qədər getməlidir, geriyə doğru heç bir addım”, – Mirdat Kamadadze bəyan etdi.

Batumidə keçirilən aksiyaya Tbilisidən də “Milli Hərəkatın” liderləri, o cümlədən Nika Meliya qatıldı.

Yerinə hüquqmühafizəçilər səfərbər olunublar.