Batumidə koronavirus üzrə yoxlanılan 897 şəxsin analiz cavabı mənfidir
Batuminin laboratoriyalarında koronavirus üzrə ötən gecə 897 şəxsi yoxladılar. Acara Səhiyyə Nazirliyinin məumatına görə, testlərin hamısının cavabı mənfidir.
Hazırda Batumi Respublika Xəstəxanasının kovid-mərkəzlərində virusa yoluxan yeddi pasiyent müalicə olunur.
Gün ərzində həmçinin, Batumi qızdırma mərkəzinə yalnız bir yerləşdirilmiş pasiyenti yoxlayacaqlar. Onun cavabı sabah məlum olacaq.
Ümumilikdə, Acarada “PCR” testi cəmi 33 337 insana edildi. Bu vaxt üçün, karantində 2 071 insan qalır.