Batumidə xilasedicilər binanın dağıntıları altından daha bir şəxsin cansız bədənini çıxardılar

Batumidə xilasedicilər bir neçə dəqiqə əvvəl binanın dağıntıları altından daha bir şəxsin cansız bədənini çıxardılar.

Fövqəladə Hallar İdarəsinin əməkdaşları hadisə yerində qalaraq işlərinə davam edirlər.

Axtarış-xilasetmə əməliyyatı Batumidə davamlı olaraq həyata keçirilir.

Yaşayış binasının çökməsi nəticəsində səkkiz nəfərin cansız bədəni dağıntılar altından çıxarılıb. Dünən axşam saatlarında dağıntılar altından xilas edilən daha bir vətəndaş bu gün səhər saatlarında klinikada dünyasını dəyişib.

Həkimlərin dediyinə görə, bu mərhələdə dağıntılar altından xilas edilən 36 yaşlı bir kişi klinikada qalır.

Batumidə yaşayış binasının çökməsi ilə bağlı aparılan araşdırma çərçivəsində Daxili İşlər Nazirliyi 3 nəfəri saxlayıb. Saxlanılanlardan biri birinci mərtəbədə yerləşən mənzilin sahibidir.

Baş nazirin qərarına əsasən, Gürcüstanda 11 oktyabr matəm günü elan edilib.