Batumidə "Interpol" tərəfindən qırmızı bülletenlə axtarılan şəxs saxlanılıb

 

Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin Acara Baş Bölməsinin və Miqrasiya Departamentinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə üzrə Qərb Bölməsinin əməkdaşları “Interpol” tərəfindən qırmızı bülletenlə axtarılan Türkiyə Respublikasının vətəndaşı 2003-cü il təvəllüdlü R.S.ni saxlayıblar.

Saxlanılan kişi Türkiyə Respublikası tərəfindən elektron məlumatların emalı sistemlərindən istifadə etməklə törədilən dələduzluq ittihamı ilə axtarışda olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları R.S.-ni aparılan istintaq hərəkətləri nəticəsində Batumidə saxlayıblar.

Saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları aparılır.