Batumidə qəsdən adam öldürməyə cəhd faktı üzrə bir nəfəri saxlayıblar
Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin əməkdaşları “isti izlər”lə keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1986-cı il təvəllüdlü, əvvəllər mühakimə olunmuş Z.K.-ni qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, cinayət 15 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Batumidə qarşılıqlı mübahisə zəminində başlamış qarşıdurma zamanı 2001-ci il təvəllüdlü L.Ç.-ni soyuq silahdan istifadə etməklə yaralayıb və hadisə yerindən qaçmağa cəhd edib, bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşları onu dayandırıblar və təqsirləndirilən şəxs qismində saxlayıblar. Yaralı L.Ç.-ni xəstəxanaya yerləşdiriblər və ona müvafiq tibbi yardım göstərilib. Polis cinayətin törədildiyi silahı – bıçağı maddi sübut kimi götürüb.
İstintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır” – məlumatda qeyd olunub.