Batumidə fəhlə binalardan birinin damından yıxılaraq ölüb
Batumidə fəhlə binalardan birinin damından yıxılaraq ölüb

Batumidə fəhlə binalardan birinin damından yıxılaraq yerindəcə keçinib.

Hadisə Leonidze küçəsində yerləşən Şota Rustaveli adına Dövlət Universitetinin tələbə yataqxanasının dam örtüyünün bərpası zamanı baş verib.

İşləri tenderin qalibi olan “Alliqator-1” şirkəti həyata keçirib.

Məlumata görə, ölən azyaşlıdır, baxmayaraq ki, bunu nə işçilər, nə də əmək müfəttişliyinin yerində olan və vəziyyəti öyrənən nümayəndələri hələlik təsdiqləməyib.