Batumidə evin uçması nəticəsində xəsarət alan kişinin vəziyyəti yaxşılaşdı
Batumidə evin uçması nəticəsində xəsarət alan 37 yaşlı Aviad Tavdqiridzenin vəziyyəti yaxşılaşdı. Bu barədə “Medsentr” klinikasında bəyan etdilər.
Pasiyenti süni tənəffüs aparatından artıq çıxardılar.
“Müsbət dinamika müşahidə olunur. Artıq əlaqəyə girir və artıq tənəffüs aparatında deyil. Hələlik reanimasiyada qalmaqdadır, lakin tezliklə palayata keçirilməsi mümkündür”, – “Medsentr” klinikasının həkimi, Meda Kacaya bəyan etdi.
Batumidə, 26 May küçəsində 8 oktyabrda təxminən saat 12:00 radələrində yaşayış korpusunun bir hissəsi uçdu. Doqquz insan vəfat etdi, bir nəfər xəsarət aldı.