Batumidə bir nəfərin ölümü ilə nəticələnən paraşütün düşməsi ilə bağlı Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb
Batumidə Qara dəniz sahili yaxınlığında paraşütün düşməsi ilə əlaqədar, Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin dəmir yolu, su, hava və ya kanat yolu nəqliyyatının təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutan 275-ci maddəsi ilə istintaqa başlayıb.
Mövcud məlumata görə, Batumidə iki turistin olduğu paraşüt düşüb.
Hadisə nəticəsində bir nəfər yerindəcə həlak olub, digəri isə xəstəxanaya yerləşdirilib.