Batumidə baş verən insidentlə bağlı İrakli Panqaninin yaxalanması barəsində DİN rəsmi məlumat yayır
Batumidə baş verən insidentlə bağlı İrakli Panqaninin yaxalanması barəsində DİN rəsmi məlumat yayır

Gürcüstan Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları, aparılan operativ-istintaq tədbirləri nəticəsində, 23 yanvarda Batumidə baş verən insidentlə bağlı, 1991-ci il təvəllüdlü İ.P-nı hakimin hökmü əsasında, təqdib itthamı ilə yaxaladılar, – bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

“İstintaqla müəyyən olundu ki, ittiham olunan Batumidə, Era Meydanı ərazisində, “Alternativa” qeyri-hökumət təşkilatı və “Milli Hərəkat” partiyasının gənc qanadı nümayəndələri tərəfindən Acara Ali Şurasının deputatı, İrakli Çavleişviliyə qarşı keçirilən aksiyada, İ.P. deputata qarşı təqib həyata keçirdi və zibil qutusundan tullantıları başına atdı”, – DİN-də bəyan edirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətində bəyan edirlər ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 156 və 239-cu maddələri ilə başlayıb.

Batumi Şəhər Məhkəməsi hökmü əsasında, hüquqmühafizəçilər 23 yanvarda Batumidə baş verən insidentlə bağlı İrakli Panqanini bu gün yaxaladılar.