Batumidə baş verən insident üzrə DİN istintaqı təqib və xuliqanlıq maddəsi ilə başladı
Batumidə baş verən insident üzrə DİN istintaqı təqib və xuliqanlıq maddəsi ilə başladı

Batumidə dünən baş verən insident üzrə, Gürcüstan Daxili İşlər Nazirliyi istintaqı təqib və xuliqanlıq maddəsi ilə başladı.

Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bəyan etdilər ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 156 və 239-cu maddələri ilə başlayıb.

İdarənin məlumatına görə, istintaq tədbirləri aparılır və insidentdə iştirak edən şəxslər dindiriləcəklər.

Batumidə, etiraz aksiyasında “Milli Hərəkatın” üzvləri Acara Ali Şurasının deputatı, İrakli Çavleişvilinin başına zibil qutusundan tullantılar atdılar.