Batumidə avtomobil körpüsü dağıldı
Batumidə avtomobil körpüsü dağıldı

Batumidə, Pridon Xalvaşi küçəsində, avtomobil körpüsü dağıldı və mərkəzi yolu bağladı.

Hadisə nəticəsində zərər görən olmayıb.

Qeyd olunan körpü Angisi məhəlləsini mərkəzi avtomagistral ilə birləşdirən yeganə yol idi.

Yerli əhalinin bəyanatına görə, körpü amortizasiya olunmuşdu, çünki bir il bundan öncə, daşqın zamanı fundamenti dağılmışdı.

Əhalinin bəyan etdiyinə görə, bu məsələ ilə bağlı dəfələrlə şəhər meriyasına müraciət edilmişdi, ancaq heç bir nəticə olmayıb.

Əhali körpünün vaxtında bərpa edilməsini tələb edir, çünki onun belə vəziyyətdə qalması əhali üçün təhlükə yaradır.