Batumi şəhərində İnterpolun qırmızı bülletenlə axtarışda olan şəxs saxlanılıb

12:17, 11.01.2026

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acara Baş İdarəsinin əməkdaşları İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan Türkiyə Respublikasının vətəndaşı, 1973-cü il təvəllüdlü C.K.-nı Batumidə saxlayıblar. Məlumatı DİN yayıb.

Qurumun məlumatına görə, məhkum Türkiyə Respublikası tərəfindən azadlıqdan məhrumetmə və hədə-qorxu ilə təhdid faktlarına görə 2025-ci ilin noyabr ayından etibarən qırmızı bülletenlə axtarışda idi.

Hazırda saxlanılan şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş ekstradisiya prosedurları aparılır.

Oxşar