Batumi şəhərində qırmızı sirkulyar ilə axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb

11:29, 27.03.2026

Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları tərəfindən beynəlxalq səviyyədə İnterpolun qırmızı sirkulyarı ilə axtarışda olan Türkiyə Respublikasının vətəndaşı – 1976-cı il təvəllüdlü A.İ. Batumidə saxlanılıb.

Saxlanılan şəxs Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının tələbi əsasında narkotik cinayəti ilə bağlı İnterpolun qırmızı sirkulyarı ilə beynəlxalq axtarışda olub.

Hazırda saxlanılan şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir

Oxşar