Batumi Şəhər Məhkəməsində Mzia Amağlobelinin məhkəmə prosesi keçirilir
Batumi Şəhər Məhkəməsində “Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobelinin məhkəmə prosesi keçirilir.
İclasda Batuminin polis rəisi İrakli Dqebuadze ifadə verir.
İclasın başlanğıcında zalda olan şəxslərdən biri etiraz əlaməti olaraq zalı tərk etdi, bir nəfəri isə hakim özü zaldan çıxardı. Həmçinin, “Formula” teleşirkətinin çəkiliş qrupunu teleşirkətin prosesi birbaşa efirdə yayımlaması əsası ilə zaldan çıxardı, prosesin birbaşa efirdə yayımlanması qanunla qadağandır. Lakin jurnalist bildirdi ki, proses qanuna uyğun olaraq bir neçə dəqiqəlik gecikmə ilə yayımlanacaqdı.
İrakli Dqebuadzenin dindirilməsinə gəlincə, Dqebuadze Batumidəki etiraz aksiyaları barədə ətraflı danışıb və aksiya iştirakçıları ilə polisin hətta mehriban münasibətinin olduğunu bildirib, lakin onun sözlərinə əsasən, vəziyyət 11-12 mart gecəsi polisə stiker yapışdırmış qızın saxlanılmasından sonra radikal şəkildə dəyişib. Dqebuadzenin izahına əsasən, idarənin qarşısına keçən aksiya iştirakçıları xüsusilə aqressiv olublar. İrakli Dqebuadze həmçinin qeyd edib ki, saxlanılan iki nəfər sərxoş vəziyyətdə olub və polis əməkdaşlarını təhqir edirdilər. Dqebuadze bildirib ki, məhz bu şəxslərlə bağlı Mzia Amağlobeli ondan niyə onun ailə üzvlərinin saxlanıldığını soruşub, bu isə aqressiya və sillə vurulması ilə müşaiyət olunub.
“Polisi bir kənara qoyaq, aksiya iştirakçılarının özü belə onun bu aqressiya və davranışından heyrətə gəlmişdi. Mən ağrı hiss etdim və əgər sillə vurulması nəticəsində insanın nədən istifadə edə biləcəyi, nə hiss edə biləcəyinə dair kimsə sinonim deyə bilərsə, buyursun” – Dqebuadze bildirib.
İrakli Dqebuadze həm ittiham, həm də müdafiə tərəfinin suallarını cavablandıracaq. Mzia Amağlobelinin özü də prosesdə iştirak edir.