Batumi Şəhər Məhkəməsi Mzia Amağlobelini plakat yapışdırdığına görə inzibati hüquq pozuntusunda təqsirli bildi və 1000 lari məbləğində cərimələdi
Batumi Şəhər Məhkəməsi “Batumelebi” və “Netgazeti”nin təsisçisi Mzia Amağlobelini ikinci dəfə inzibati hüquq pozuntusunda təqsirli bildi. Hakim Mariana Pomaeva plakat yapışdırdığına görə Amağlobelini 1000 lari məbləğində cərimələdi. Pomayeva iki şahidi, hüquq-mühafizə orqanının əməkdaşını və aksiya iştirakçılarından birini dinlədikdən sonra qərar qəbul edib.
Müdafiə tərəfinin bəyanatına əsasən, Mzia Amağlobeli eyni iş üzrə iki dəfə mühakimə olunub.
“Bəli, eyni iş üzrə iki dəfə mühakimə etdilər, Mzia aksiyada olub, stiker yapışdırıb və bir neçə dəqiqəyə onu saxlayıblar, tamamilə eyni əməldir, bununla yanaşı, biz qanunda şəhərin görkəminin harada pozula, harada pozulmaya biləcəyi ilə bağlı izahat tapa bilməmişik və yoxdur. Bu məsələyə aydınlıq gətirməsi üçün məhkəməyə müraciət etmişik, lakin özünü incitmədi” – Amağlobelinin vəkili qeyd edib.
Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Amağlobeli bir dəfə hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir etdiyinə görə, ikinci dəfə isə plakat yapışdırdığına görə məsuliyyətə cəlb edilib.
Məlumat üçün bildirək ki, ilk inzibati ittihama görə Mzia Amağlobeli 2000 lari məbləğində cərimələnib. O, etiraz əlaməti olaraq bugünkü iclasda iştirak etməyib və bu barədə məhkəməyə yazılı şəkildə müraciət edib.
Paralel olaraq cinayət işinin mahiyyəti üzrə baxılması davam etdirilir, növbəti məhkəmə prosesi iyunun 23-nə təyin edilib.